Oktyabrın 21-də “Gizli Bahçe” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 50-ə yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Qeyri-formal və informal təhsilin tanınması (QFİTT) şöbəsinin böyük məsləhətçisi İsmət Qəribov, Xüsusi Zonalar üzrə Koordinatorluğun Bakı KOB dostu Əli Əlizadə, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev görüşdə iştirak edərək adıçəkilən qurumların fəaliyyətləri haqqında məlumat veriblər, B2G əlaqələrin qurulmasına zəmin yaranıb.
Sonda 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.