Oktyabrın 9-da “Gizli Bahçe” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
Görüş zamanı sahibkarların fəaliyyətləri ilə tanışlıq olub, onların müxtəlif mövzular ətrafında müzakirəsi işgüzar əlaqələrin inkişafına əlverişli mühit yaradıb.
Həmçinin Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova, öz fəaliyyət sahələri, xidmətləri haqqında ətraflı məlumat verib.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.