Sentyabrın 30-da “Başkent” restoranında təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi” çərçivəsində 40-a yaxın sahibkar bir araya gəlib.
Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib.Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin Marsol Group sponsoru, “Abşeron Logistika Mərkəzi” və “Abşeron Sənaye Parkı” şirkətlər qrupunun Biznes Departamentinin rəhbəri Elçin Adiyev “Abşeron Biznes Parkı” layihəsi haqqında ətraflı məlumat verib.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.