Oktyabrın 29-da “Başkent” restoranında təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın sahibkar bir araya gəlib.
Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib.Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Görüşdə Dubayın FGX Realty, Binghatti şirkətinin nümayəndələri də iştirak edib. Fərman Qərib (FGX Realty) Dubayın sabit və gəlirli investisiya mühiti barədə danışıb, Mohamed Elzawawi (Binghatti) isə şirkətin premium layihələri haqqında ətraflı məlumat verib.
Həmçinin Məsləhətçi.az şirkətinin həmtəsisçisi Abbas Orucəliyev də şirkətin xidmətləri haqqında təqdimat edib.
Nəzərinizə çatdıraq ki, Meslehetci.az şirkəti FGX Realty-nin Azərbaycandakı rəsmi partnyoru kimi Dubayda fəaliyyətini davam etdirir.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.


