İyulun 15-i “Başkent” restoranında sahibkarlarla “İşgüzar Səhər Yeməyi” baş tutub.
Görüşdə 30-a yaxın Marsol Group partnyoru məqsədəuyğun olaraq B2B əlaqələrini genişləndirmək, eləcə də fəaliyyətlərini tanıtmaq imkanı əldə edib. 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimat olub.
Həmçinin, Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla iş departamentinin direktoru Saleh Həsənov da görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub.