İşgüzar Səhər Yeməyi “Başkent” – 07.11.2023

“İşgüzar Səhər Yeməyi” çərçivəsində bu dəfə istehsalçı şirkətlərlə “Başkent” restoranında bir araya gəldik. Görüşdə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullarla yanaşı müasir istehsal avadanlıqları və texnologiyalarının nümayiş olunacağı “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumat verildi.

Marsol Group partnyoru olan istehsalçı şirkət rəhbərləri ilə yanaşı qonaq qismində görüşdə iştirak edən sahibkarlarla da yaxından tanışlıq oldu.

Görüşün sonunda sahibkarlıq fəaliyyətlərinin inkişafı məqsədilə “SAT Group” şirkətinin direktoru Azad Qəhrəmanovun “B2B satış – əlaqələr strategiyası” başlığı altında təlimi baş tutdu. Təlim çərçivəsində sahibkarlar “B2B bazarda necə möhkəmlənməli və sabit satışlara nail olmalı?” sualına cavab tapıblar.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!