Oktyabrın 7-də “Başkent” restoranında təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi” çərçivəsində 40-a yaxın Marsol Group partnyoru bir araya gəlib.
Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Həmçinin “SR Group Company” şirkətinin rəhbəri Rahib Hüseynli şirkətin fəaliyyət istiqamətləri, xidmətləri haqqında ətraflı təqdimat edib.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.