İşgüzar Səhər Yeməyi “Başkent” – 03.09.2025

Sentyabrın 3-də “Başkent” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın Marsol Group partnyoru bir araya gəlib.

Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.

Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev də iştirak edərək KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verib, sahibkarlarla həmsöhbət olub.

Həmçinin görüşdə “Qolat Sport Services”in təsisçisi Səid Bağırov “Marsol Minifutbol Turniri 2025” haqqında təqdimat edib, iştirakçıların suallarını cavablandırıb.

Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və rəsmi yaxa nişanı təqdim edilib.

This will close in 0 seconds