İşgüzar Səhər Yeməyi “Lokma Baku” – 06.03.2024

Dinamik və ciddi iş dünyasında bəzi fəaliyyətlər sahibkarlar üçün həm faydalı həm də maraqlı məlumatları özündə cəmləşdirə bilər.

“İşgüzar Səhər Yeməyi” çərçivəsində biz də partnyorlarımıza bunu təklif edirik.

Martın 6-sı təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi” “Lokma Baku” restoranında 30-a yaxın sahibkarı bir araya gətirib.

Sənayedəki ən son yenilikləri və strategiyaları vurğulayan maraqlı təqdimatlar olub, hər bir iştirakçı bazardakı dəyişikliklərdən xəbərdar olmaq imkanı əldə edib.

Partnyorumuz “SR GROUP COMPANY”nin “Malların daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi qaydaları” mövzusunda maarifləndirici təqdimatı da baş tutub. Şirkətin rəhbəri Rahib Hüseynli bu qaydalarla partnyorları tanış edərək faydalı məlumatlar verib.

Sonda isə 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.