Regionlarda fəaliyyətlərimiz davam edir!
İyunun 11-i Marsol Region-un təşkilatçılığı ilə Şəki şəhərində fəaliyyət göstərən “Tülpan” hoteldə “İşgüzar Səhər Yeməyi” baş tutub. Görüşdə partnyorlarımızla yanaşı dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin Şəki- Zaqatala regional Məşğulluq filialının rəhbəri Abdulla Kərimov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki KOB Dostu Elbrus İskəndərov iştirak edib.
Təşkil olunan görüşdə sahibkarlar bir-birilərilə tanış olub əməkdaşlıq imkanlarının yaranması məqsədilə öz biznesləri haqqında məlumat veriblər. Daha sonra 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un ümumi fəaliyyətləri, Marsol Region-un yeni regionlarda fəaliyyətə başlaması haqqında ətraflı məlumat verilib.
Həmçinin, dövlət qurumu nümayəndələri sahibkarlıq fəaliyyətlərinin inkişafına yönəlik görülən işlər haqqında məlumat verib, sahibkarlarla həmsöhbət olublar.