Bugün təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi”ndə sahibkarlarla partnyorumuz “Restore” restoranında bir araya gəldik. Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərin də iştirakı ilə baş tutan görüş çərçivəsində tanışlıqlar oldu, sahibkarlar öz biznes təcrübələrini bölüşdülər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov da görüşdə iştirak etdi. KOB Dostlarının paytaxtda və regionlarda fəaliyyətləri ilə bağlı məlumat verdi. Daha sonra sahibkarlar dövlət qurumları ilə işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan birgə fəaliyyətlər haqqında fikir mübadiləsi apardılar.
Bununla yanaşı “Difa Consulting” şirkətinin “İkiqat vergitutmaların aradan qaldırılması və maliyyə sanksiyaları” mövzusunda maarifləndirici təlimi baş tutdu. Şirkətin rəhbəri Xəyal Feyzullayev mövzu haqqında vergi ödəyicilərinə hüquqi məsləhətlər verdi.
Görüşün sonunda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olundu. Daha sonra Marsol Group partnyorları görüş haqqında öz təəssüratlarını bildirib, sahibkarlıq fəaliyətlərinin inkişafı üçün baş tutan təlim haqqında fikirlərini bölüşdülər.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
Sis Collection
Marry Me
Az Estetik
Humel Psixologiya
Marxal Resort
Astürk
Sleep and Bed
Crea
Sirab
Mart Group
Unisell
Veysəloğlu
BMY Caspian
Vibrostone
Novator
Foto Xalça
Ledior
Nil Təhsil Mərkəzi
Evsetra
Z-Glass
Superfon
Nar Mobile
İdeal Print
Restore
Difa Consulting
Logitrans
Greenwoood
Rövşənoğlu Holding
Modamer
Newcond
Gens Elektrik
Məlhəm Hospital
New Sfera
KOBİA – KOB Dostu