“İşgüzar Səhər Yeməyi” çərçivəsində bu gün “Prive Steak Gallery” restoranında B2B və B2G formatında növbəti görüşümüz baş tutdu. Səmimi mühitdə iştirakçılar arasında tanışlıqlar və B2B müzakirələrlə yanaşı Marsol Group-un gələcək fəaliyyətləri haqqında da məlumat verildi.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İskəndərov da görüşdə iştirak edərək öz çıxışında bu tip işgüzar görüşlərin sahibkarlar və dövlət qurumları arasında konstruktiv əməkdaşlığın və ölkə iqtisadiyyatının inkişafında böyük rol oynadığını qeyd edib.
Görüşün davamında “Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı fondun fəaliyyətləri haqqında məlumat verib və partnyorlarımızın suallarını cavablandırıb.
Bununla yanaşı dövlət qurumlarından KOBİA-nın Bakı və Xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Fariz Bağırov da görüşdə iştirak edərək sahibkarlara Agentliyin dəstək mexanizmləri haqqında məlumat verib.
Görüş çərçivəsində iştirakçılardan “Təhsil Tələbə Krediti Fondu”nun İdarə Heyətinin sədri Araz Paşayev də çıxış edərək fondun fəaliyyət istiqaməti haqqında sahibkarları məlumatlandırıb.
Ən sonda isə, Marsol Group sponsoru “Think Wise Consulting”in təqdimatı baş tutub. Biznes konsaltinq sahəsində ixtisaslaşmış şirkətin təsisçisi Çingiz Novruzzadə xidmətləri və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verib.
Görüşdə 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.
Ümumilikdə, tədbir çox səmərəli keçmiş, dövlət və biznes nümayəndələri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın möhkəmləndirilməsinə şərait yaranmışdır.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
Bilfa Boya
Maricel Astara Resort
Nur Collection
Golden Rose Boutique
Halal-P
KOBİA
Sarp Systems
Dəmirağac Engineering
Logi Group
Türkeş Dekor
Unicons
Labor
BF Group
BF Home
GST Company
TWC Group
Enerji-N
Novator
Love Lokum
SİF
Birgə və Sağlam İB
Muxtaroğlu VM
Ledior