İşgüzar Səhər Yeməyi “La Maree” – 29.05.2024

Mayın 29-u “La Maree” restoranında “Modern Hospital”la birgə təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi” 40-a yaxın sahibkarı bir araya gətirib.

Görüş zamanı sahibkarların fəaliyyətlərilə tanışlıq olub onların müxtəlif mövzular ətrafında müzakirəsi işgüzar əlaqələrin inkişafına əlverişli mühit yaradıb.

Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlar və layihələr departamentinin əməkdaşı Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib partnyorlarla həmsöhbət olub.

Bununla yanaşı, “Modern Hospital”ın da təqdimatı baş tutub. Hospitalın direktoru Taryel Ömərov ilə Marketing və İctimai Əlaqələr şöbəsinin direktoru Azər Rzayev özəl tibbi xidmət sektorundakı müvəffəqiyyətlərindən danışıb, fəaliyyətlərini iştirakçılara tanıdıb. Daha sonra hospitalın tanıtım filmi təqdim olunub. İştirakçılar, tibbi sahədəki yeniliklər və müasir tibbi xidmətlər haqqında müzakirə aparıblar.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

İştirak edən şirkətlər:

Bakı Tekstil Fabriki
Unicons
Modern Hospital
Gültekin Logistics
Jet Cinema
Amazon Travel
Slavyanka
San Tortino
Mado
Shams Group
Kapital Bank
Celt Collages
Rəmzioğlu Paxlava
Ontop Bowling
Rattan Bağ Mebelləri
ERT Agro
Bayraktar Sağlıq Turizmi
Blink Media
Sarp Systems
Fito Wall
Ailas Group
Meridian FF
Dövlət Məşğulluq Agentliyi
Marxal Resort & Spa
Asstretch
Karyera və İşə Hazırlıq Mərkəzi
Hood Academy
Biselle
La Maree
Algoritma