İşgüzar Səhər Yeməyi “Başkent” – 23.04.2025

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin iştirakçıları ilə görüş baş tutub.
Aprelin 23-ü Marsol Group-un təşkil etdiyi “İşgüzar Səhər Yeməyi” çərçivəsində sərgi iştirakçısı olan qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar bir araya gəlib.


Görüşdə hər bir iştirakçı fəaliyyətlərini tanıdaraq digər iştirakçılarla yaxından tanış olub. Təqdimatla yanaşı, sərgi ilə bağlı texniki məsələlər də müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Həmçinin, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nəzərinizə çatdıraq ki, 18-21 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə 300-ə yaxın yerli şirkətin iştirakı ilə baş tutacaq sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

This will close in 0 seconds