Bu gün partnyorlarımızın iştirakı ilə “Başkent” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub. Səmimi mühitdə bir araya gələn sahibkarlar öz biznes təcrübələrini bölüşərək, fəaliyyətləri haqqında məlumat verib. Həmçinin, görüşdə üzvlərimizlə yanaşı, qonaq qismində sahibkarlar da iştirak edərək “Marsol Group”un fəaliyyətləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Görüş çərçivəsində 100-ə yaxın yerli şirkətin 1000-dən çox çeşiddə kənd təsərrüfatı, sənaye, qida, İKT, tekstil, inşaat və s. məhsulları, eləcə də avadanlıq və texnologiyalarının nümayiş olunduğu “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisinin video icmalı izlənilib.
Davamında görüşdə iştirak edən KOBİA-nın KOB Dostu departamentinin analitika və koordinasiya şöbəsinin mütəxəssisi Əli Hüseynli iştirakçıları agentliyin mühüm strateji layihələrindən biri olan KOB dostu şəbəkəsi haqqında məlumatlandırıb.
Görüş Kapital Bank-ın təqdimatı ilə davam edib. KOB filialının direktoru Nadir Məmmədli kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən “KOB Mərkəzi” haqqında məlumat verib.
Yekunda, 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
KOBİA
Texno Gallery
Başkent
Arsi Group
Grow Audit
ERZ Ofis Mebeli
Elegant S
Shane Academy
Kapital Bank
MQS
Halal-P
Zərif Zərgər
14 Store
Sleep and Bed
Ahəng Psixologiya Mərkəzi
Ex2door
İndikator Avto
Aero Tour
Xalq Həyat
İvento
Katsan Group
Global Logistika
S-Enna
TİS Ağıllı Ev Sistemləri
İnox
A Trading Azərbaycan
D-İT
EFC Terrarium
Osmanlı Group
Business Partners Group
Star Express MMC
Kapital Bank