İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalar şöbəsinin müdiri Əhməd Həsənovla görüş

Bugün Bakı KOB Evində Marsol Group və Kapital Bankın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalar şöbəsinin müdiri Əhməd Həsənovla görüşümüz baş tutub. Görüş zamanı çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib.