“İnşaat sektorunun təqdimat tədbiri” baş tutub

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) 5 iyun tarixində, Pullman Hoteldə “İnşaat sektorunun təqdimat tədbiri” baş tutub. Tədbir Marsol Group və Paşa Həyat Sığortanın tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirin qonaqları sırasında dövlət rəsmiləri, bir çox dövlət və özəl qurumların nümayəndələri və İCMA üzvləri iştirak edib.

İlk olaraq İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təqdimat videosu izlənilib. Video-çarxlar izlənildikdən sonra rəsmi qonaqlara söz verilib. Tədbirin rəsmi hissəsində Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Emin Şirinov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun direktor müavini Azər Xanlarov, eləcə də İCMA-nın inşaat sahəsində fəaliyyət göstərən üzvləri çıxış edib. Çıxışlar zamanı, müvafiq qurumların nümayəndələri dövlətin sahibkarlığa dəstək mexanizmləri haqqında məlumat verib, İCMA-nın inşaat sektorunda fəaliyyət göstərən müəssisələr və şəxslər üçün təşkil etdiyi şəbəkələşmə imkanlarının bu sektorda potensial əməkdaşlıq yaratmaq və sahibkarlıq mühitini gücləndirmək baxımından nə qədər vacib olduğunu dilə gətirərək, İCMA-nın bu tip təşəbbüslərinin inşaat sektorunun dayanıqlı və innovativ yöndə inkişafını dəstəklədiyini bildiriblər. İCMA-nın İdarə Heyətinin üzvü və inşaat komissiyasının sədri Mehman Məmmədov da öz çıxışında inşaat sektorunun fəaliyyət istiqamətləri və Assosiasiyanın sahibkarlıq subyektləri üçün təşkil etdiyi faydalı görüşlər haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra bu tədbirin ərsəyə gəlməsində dəstək göstərən Paşa Həyat Sığortanın məhsul sahibi Ülkər Əliyeva da çıxışında şirkətin ümumi fəaliyyət istiqamətləri və sığorta məhsulları haqqında məlumat verib. “PAŞA Sığorta” mobil tətbiqinə dair tanıtım videosu izlənilib və bununla da, rəsmi hissə yekunlaşıb.

Tədbirin sonunda təşkil olunan Coffee Break-də iştirakçılar arasında tanışlıqlar olub B2B görüşlər baş tutub, rəsmilər və digər qonaqlarla kollektiv foto çəkilib.