Gəncə şəhərində fəaliyyət göstərən partnyorumuz “Oksi Group” şirkətinin sponsorluğu ilə Şah Saray restoranında “Business Breakfast” görüşümüz baş tutdu. “Oksi Group” şirkətinin rəhbəri Emin bəy gördükləri işlər və faəliyyətləri haqqında bizlərə ətraflı məlumat verdi. Görüşdə iştirak edən sahibkarlar da öz biznesləri haqqında məlumat verərək yaxından tanış oldular. Daha sonar “Gəncə Maarif Evi”ni ziyarət edtik və fəaliyyətləri ilə yaxından tanış olduq. Bizi qonaq etdiyi üçün Emin bəyə və görüşdə iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

Oksi Group 2008-ci ildə “Oksana” qadın geyimləri adı altında fəaliyyətə başlayıb. Şirkət 11 ilik fəaliyyəti dövründə bir neçə sahədə satış və xidmət təklif edir. Bunlar aşağıdakılardır:

satış –
a) “Oksi lady” qadın geyimləri mağazalar şəbəkəsi
b) “Oksi baby” uşaq geyimləri mağazalar şəbəkəsi
c) “Ravani” kişi geyimləri mağazası
d) “Oksi motors” maşın ehtiyat hissələri

xidmət-
a) “Gəncə Maarif evi”
b) “Oksi idman klubu”