“Fərdi sahibkarların xanımları üçün biznes motivasiyası” mövzusunda seminar – 04.12.2023

4 dekabr tarixində Marsol Development Center “də “Ahəng” psixologiya, reabilitasiya inkişaf Mərkəzinin təsisçi və rəhbəri ,ailə uşaq psixoloqu Vüsalə Əmiraslanovanın seminarı baş tutub.Təlimçi “Motivasiya nədir? ” mövzusunda məruzə ilə çıxış edib.

Motivasiya, onun faydası, gündəlik həyatda tətbiqi haqqında ətraflı məlumat verən təlimçi effektiv ünsiyyət, ondan yararlanmağın üsullarından da bəhs edib. Qeyd edib ki, motivasiya insanın performansı, işi və hədəfləri baxımından istəkli və qərarlı olduğunu əks etdirən əsas anlayışdır.

Daha sonra qeyd edib ki, insanın qarşısına qoyduğu məqsədlər onun davranışına böyük təsir göstərir.

Sonda isə gənc sahibkarların xarakter tipləri ilə bağlı maraqlı testlər aparıldı.

Təlim maraqlı müzakirələrlə yekunlaşıb.