Bugün partnyorumuz “Express Services & Logistics ” şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Anar bəy bizə şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Görüşdə iştirak edən partnyorlarımızda bir-birləri ilə yaxından tanış oldu və öz işləri haqqında məlumat verdilər. İştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

Express Services and Logistics Müstəqil nəqliyyat-ekspedisiya şirkəti olaraq, sizə tam həcmdə nəqliyyat, ixrac-idxal, həmçinin gömrük rəsmiləşdirilməsi xidmətlərini təklif edir. 2010-cu ildə Çinin Quancou şəhərində təsis olunan ofisimiz Cənub-Şərqi Asiya ölkələrindən (Çin, Cən- ubi Koreya, Tayvan, Hindistan, Dubay) mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başlamışdır. Hal-hazırda, fəaliyyəti coğrafiyası zamanla test edilmiş tərəfdaşlar və təcrübəli əməkdaşlar şəbəkəsi vasitəsilə genişləndirilib.