“DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş – 17.07.2025

İyulun 17-də Bakı KOB Evində “DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş təşkil olunub.

Görüş zamanı əmək bazarı, sosial müdafiə və kiçik və orta biznes subyektlərinin qarşılaşdığı aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə Milli Observatoriyanın fəaliyyəti və təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verilib.

Həmçinin, Marsol Group partnyorları görüşdə iştirak edib, dövlət qurumlarının nümayəndələri ilə birbaşa fikir mübadiləsi aparıb və sual-cavab sessiyasında mövcud problemlər çərçivəsində öz suallarını ünvanlayıblar.

Görüş, KOB subyektləri ilə dövlət strukturları arasında əlaqələrin möhkəmləndirilməsi və biznes mühitinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb.