Davam edən Doha səyahətimizin üçüncü gününə İslam İncəsənət Muzeyini ziyarət etməklə başladıq.
İslam dininin ən gözəl nümunələrini görə biləcəyiniz bu muzey həm memarlığı, həm də kolleksiyaları ilə həqiqətən də təsirlidir. Muzey, İslam incəsənətinin iri kolleksiyasına, tədqiqat institutuna və kitabxanaya malikdir.
Həmçinin, səyahətimiz zamanı günümüzə maraq qatan fəaliyyətlərdən biri də çöl Safarisi oldu. Və sonda The Pearl-Qatar adasına yollandıq. Adada gəzmək və ətrafdakı gözəllikləri seyr etmək imkanımız oldu, yelkənli qayıq turumuz baş tutdu.
Günün sonunda partnyorlarımız “Mafia” oyunu və digər fəaliyyətlərlə asudə vaxtı dəyərləndirdilər.