Doha turu 23.10.2025 – 26.10.2025

Marsol Group partnyoru olan xanım sahibkarların iştirakı ilə Doha səfəri baş tutub.

23-26 oktyabr tarixlərində Marsol Groupun xanım partnyorları ilə Doha səfərimizin ilk ünvanı Souq Wagif olub. Qətərin paytaxtı Doha şəhərində yerləşən ən məşhur ənənəvi bazarlardan biridir. Burada onlar Qətərin zəngin mədəni irsi və ənənəvi bazar atmosferi ilə tanış olublar. 

Proqram çərçivəsində həmçinin National Museum of Qatar, Museum of Islamic Art, Katara Cultural Village, Place Vendôme Mall, Mina District, Fish Market və İnci adasında yerləşən Doha şəhərinin müasir həyat tərzini, həm də lüks yaşayış və istirahət mədəniyyətini özündə əks etdirən Pearl Bulvarı kimi yerlərə ekskursiyalar təşkil olunub. 

Bu səfərdə Qətərin zəngin mədəni irsi, memarlıq üslubları, yerli ənənələri və sürətlə inkişaf edən şəhər mühitini yaxından müşahidə etmək imkanı əldə ediblər. Tarixi və müasirliyin ahəngdar şəkildə birləşdiyi bu məkanlar ölkənin həm qədim köklərini, həm də müasir inkişaf səviyyəsini nümayiş etdirir.

This will close in 0 seconds