DEFENDER Test-Drive – 15.12.2023

Defender – 2022-2023-cü il ərzində artıq 4-cü dəfədir ki, “test-drive” təşkil edir.

Land Rover, Jaguar, Jeep, Fiat və. s avtomobillərin Azərbaycanda rəsmi nümayəndəsi olan partnyorumuz “Autolux Azerbaijan” şirkətinin təşkilatçılığı ilə 15 dekabr tarixində keçirilən “Defender Experience test-drive” festivalında biz də partnyorlarımızla birlikdə iştirak etdik.

Sahibkarlar avtomobillərin performansını yoxlayaraq sınaqdan keçirdilər.

Qeyd edək ki, “Defender” avtomobillərinin ölkəmizdə yeganə rəsmi dileri Autolux Azerbaijan şirkətidir. Şirkət həmçinin ixtisaslı servis xidmətləri də təklif edir.