Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 29.10.2021

Bu gün MARSOL Business Club-da tərəfdaşlarımızın iştirakı ilə növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutub. Görüşdə ənənəvi qaydada tanışlıqlar olub, şirkət rəhbərləri şirkətləri və fəaliyyətləri haqqında məlumat verib. Daha sonra görüşdə iştirak edən “ Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı. Bununla yanaşı təşkilati dəstək göstərdiyimiz “Biznes Saatı” radio verilişi və “Marsol Mini Futbol Turniri” haqqında məlumat verdik. Ən sonda isə 2022-ci ildə təşkil etməyi planlaşdırdığımız növbəti sərgi haqqında danışdıq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Saloni Mebel
Vəlioğlu – 2018 MMC
Marsol MMC
Sahibkarlığın İnkişafına d
Hilti Azərbaycan
BFAA
İvento
Ecober
Smart Group