Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 23.09.2021

“Marsol”un silsilə görüşlərindən biri olan “Dəyirmi Masa və B2B” görüşümüz növbəti dəfə baş tutdu. Görüşdə “Korporativ satışda hansı texnikalardan istifadə edirsiniz?” sualı ətrafında tərəfdaşlar müzakirələr aparıb, öz təcrübələrini bölüşdülər. Xüsusi olaraq partnyorumuz “NET Elektrik” şirkətinin rəhbəri Fatih bəy mövzu ilə bağlı ətraflı fikir bildirdi. Bununla yanaşı tərəfdaşlar bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər

Görüşdə Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentliyin fəaliyyəti haqqında sahibkarları məlumatlandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Ağ Saray MTK
Net Elektrik
Onur Plast
Office Pro
İvento
Dekoriza
Diamond Glass Azərbaijan
Xan Group
Dövlət Məşğulluq Agentliyi
Gold Mebel ( Qonaq )