Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 20.10.2021

Bu gün həftənin mövzusu olan “Biznes Netvorkinq-in şirkətlərə qazandırdığı dəyərlər?” mövzusunda növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Sahibkarlar həm bir-birlərilə tanış oldu, həm də, mövzu haqqında müzakirə etdilər. Mövzu haqqında partnyorumuz “E-mobile” şirkətinin rəhbəri Əli bəy öz təcrübələrini və fikirlərini bölüşdü. Bununla yanaşı görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Koordinasiya və Analitika Şöbəsinin baş mütəxəssisi Əbdül Musazadə iştirak etdi, sahibkarlar ilə görüşdü və KOBİA-nın fəaliyyəti haqqında məlumat verdi. Sahibkarlar öz suallarını ünvanladılar və maraqlı müzakirələr oldu. Ən sonda isə, 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntülərə baxdıq və növbəti sərgi haqqında partnyorları məlumatlandırdıq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
ART İnşaat
Emobile
KOBİA
Sabiroğlu MMC
Besttech
BLUM
Mibella Mebel
OutSide
MVC Group
Meslehetci.az