Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 17.11.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. İştirak edən partnyorlarımız ənənəvi qaydada bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər. Daha sonra MARSOL partnyorlarından olan, şirkət, şəhər nəqliyyatı infrastukturu üzrə xüsusən ixtisaslaşmış “Tech Master” şirkətinin təqdimatı gərçəkləşdi. Görüşdə “Tech Master” şirkətinin icraçı direktoru Ceyhun bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Partnyorlarımız da bu sahə ilə bağlı suallarını Ceyhun bəyə ünvanladılar. Bununla yanaşı görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Analitika və koordinasiya Şöbəsinin baş mütəxəssisi Əbdül Musazadə iştirak etdi, sahibkarlar ilə görüşdü və KOBİA-nın fəaliyyəti haqqında məlumat verdi. Sahibkarlar öz suallarını ünvanladılar və maraqlı müzakirələr oldu. Ən sonda isə, 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntülərə baxdıq və növbəti sərgi haqqında partnyorları məlumatlandırdıq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
TechMaster
Antik İnşaat
Sika LLC
Armony MTK
Diamond Glass
Sabiroğlu
Qayo
MYZiron
Macis