Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 09.09.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Həftənin mövzusu olan “Əməkdaşların şirkəti tərk etməməsi üçün hansı texnikalardan istifadə edirisiniz?” sualı ətrafında tərəfdaşlar müzakirələr aparıb, öz təcrübələrini bölüşdülər. Bununla yanaşı tərəfdaşlar bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər

Görüşdə Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində qazilərin məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq Marafonu” haqqında sahibkarları məlumatlandırdı. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Dövlət Məşğulluq Agentliyi
SR Broker
Enerji N
Erz Mebel
Emrahoglu
SG Logistica
Efor
BSC Group
Marsol