Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 08.10.2021

Bu gün həftənin mövzusu olan “Şirkətinizdə komanda ruhunu inkişaf etdirmək üçün hansı texnikalardan istifadə edirsiniz?” mövzusunda növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Sahibkarlar həm bir-birlərilə tanış oldu, həm də, mövzu haqqında müzakirə etdilər. Bununla yanaşı görüşdə iştirak edən partnyorumuz “Qəbələ rayon Arıçılar Assosiasiyasının” sədri Anar bəy assosiasiya haqqında məlumat verdi, Azərbaycanda arıçılıq fəaliyyəti haqqında danışdı və təsərrüfatlarına aid bal və bal məhsullarını təqdim etdi, bizdə partnyorlarla birgə bal məhsullarının dadına baxdıq. Daha sonra görüşdə iştirak edən “ Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı.  

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Sahibkarlığın İnkişafına Dəstək Fondu
Azprint
Estebel İstanbul
Flayblast
Prime Audit
Texno Gallery
MR Group
Qəbələ Arıçılar Asossiasiyası
Ecostep