Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 02.12.2021

“MARSOL” tərəfdaşları arasında növbəti “Dəyirmi Masa və B2B” görüş baş tutub. Görüşdə iştirak edən partnyorlarımız ənənəvi qaydada tanış olub və şirkətləri haqqında ətraflı məlumat veriblər. Həmçinin partnyorlarımız idarəçilik mövzusunda da bir-birilərindən tövsiyələr alıblar. Bununla yanaşı görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Marsol MMC
Az Estetik
Concept Home
Dekoriza
BFA
Corn Advertising
Təndir Məndir
Dövlət Məşğulluq Agentliyi