Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 02.11.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. İştirak edən partnyorlarımız ənənəvi qaydada bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər. Daha sonra MARSOL sponsorlarından olan, kompüter, kompüter komponentləri və ofis avadanlığı satışında ixtisaslaşmış “Texno Gallery” şirkətinin təqdimatı gərçəkləşdi. Görüşdə “Texno Gallery” şirkətinin rəhbəri Murad bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi və birlikdə şirkətin tanıtım videosunu izlədik. Partnyorlarımız da bu sahə ilə bağlı suallarını Murad bəyə ünvanladılar.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Nömrə 1 Tədris Mərkəzi
Difa consulting
Efor
Proav
Texno Gallery
Şəms Tərcümə
Home Gallery (qonaq)