Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 21.10.2021

Bu gün şirkətlərin həm netvorkinq əlaqələrinin gücləndirilməsi, həm də, biznesə dair mövzularda öz təcrübələrini bölüşməsi məqsədilə Marsol Business Club-da “MARSOL” tərəfdaşlarının iştirakı ilə növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Görüşdə partnyorumuz olan xanım sahibkarlar da iştirak ediblər. Öncə partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər. Daha sonra həftənin mövzusu olan “Biznes Netvorkinq-in şirkətlərə qazandırdığı dəyərlər?” mövzusunda öz fikirlərini və təcrübələrini bölüşdülər. Bununla yanaşı görüşdə Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentliyin fəaliyyəti və qazilərin məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq Marafonu” haqqında sahibkarları məlumatlandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Bravo
Shane Academy
GV Estetik
Lu Chef Catering
BSC Group
Dövlət Məşğulluq Agentliyi
Özsüt
Prestij kimya
Times Consulting

This will close in 0 seconds