Bu gün MARSOL Business Club-da tərəfdaşlarımızın iştirakı ilə növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutub. Görüşdə ənənəvi qaydada tanışlıqlar olub, şirkət rəhbərləri şirkətləri və fəaliyyətləri haqqında məlumat verib. Sonra isə, Türkiyədə daşınmaz əmlakı Azərbaycan vətəndaşı alıcılar üçün əlçatan edən, partnyorumuz “ELKA HOMES” şirkətinin təqdimatı baş tutdu. Şirkətin rəhbəri Aygün xanım fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı görüşdə iştirak edən “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı. Ən sonda isə, 2022-ci ildə təşkil etməyi planlaşdırdığımız növbəti sərgi haqqında danışdıq.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
Marsol
Sahibkarlığın İnkişafına Dəstək Fondu
MSDİS Holding
Tekaz MMC
Grow Audit
Elka Homes
Abşeron Logistika Mərkəzi
Home Guide