“MARSOL” tərəfdaşları arasında növbəti “Dəyirmi Masa və B2B” görüş baş tutub. Görüşdə iştirak edən partnyorlarımız ənənəvi qaydada tanış olub və şirkətləri haqqında ətraflı məlumat veriblər. Həmçinin partnyorlarımız idarəçilik mövzusunda da bir-birilərindən tövsiyələr alıblar. Bununla yanaşı görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər –
Marsol MMC
Az Estetik
Concept Home
Dekoriza
BFA
Corn Advertising
Təndir Məndir
Dövlət Məşğulluq Agentliyi