Mütəmadi olaraq təşkil etdiyimiz B2B görüşlərdə sahibkarlarla Marsol Group-un gələcək fəaliyyətləri haqqında müzakirələr aparılır, yeni layihələr və turlar haqqında məlumat verilərək bu mövzuda partnyorların təklifləri dinlənilir.
Oktyabrın 4-ü baş tutan dəyirmi masa ətrafında B2B görüş çərçivəsində iştirakçılara 18-21 iyun 2025-ci ildə baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” haqqında məlumat verildi. Bununla yanaşı, Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Sahibkarlıqda Mühəndislik” və “BizneStep” qruplarına qeydiyyatla bağlı təqdimat oldu.
