Kruiz səyahətində marşrutun ilk limanından üzməyə başlayan gəmilər sizi müxtəlif şəhərlərə aparır. Gəmi daha çox gecələr yol gedir və siz gözünüzü hər səhər başqa ölkə və ya şəhərdə açırsınız. Kruiz səyahətinin tam ləzzəti təkcə gəmidəki əyləncə və istirahətlə deyil, həm də liman şəhərləri doyunca gəzməklə duyulur.

Səfər müddətində Sizə şəhərlərdə tarixi yerlər, məşhur meydanlar, alış-veriş mərkəzlərini rahat gəzmək və şəhərin özünəməxsus təamlarını dadmaq üçün hər büdcəyə uyğun ekskursiyalar təqdim edilir. Gəmiyə qayıtdıqda isə Siz yenidən 5 ulduzlu oteldən daha üstün xidmətlə qarşılaşırsınız: Sizi viktorinalar, musiqili tamaşalar, şou proqramlar, diskoteka və kazino gözləyəcək. Beynəlxalq Kruiz Asosasiyasının ( CLIA ) məlumatına əsasən, 2017-ci ildə 30 milyon insan kruiz səfərlərinə çıxıb. Kruiz səyahəti Sizə istirahətlə yanaşı, şarm və prestij qazandırır.

Ünvan: Baku Mall Ticarət Mərkəzi

Telefon: +994124084373

Mobil: +994502654353

web: www.cruises.az

E-mail: [email protected]

Facebook: fb.com/cruises.az 

İnstagram: instagram.com/cruisesaz