Cinema & Network Night – 22.02.2023

Marsol şirkəti olaraq daha bir yeniliyə imza atdıq!

Sosial fəaliyyətlərimizin çərçivəsini genişləndirərək partnyorlarımızla birlikdə “Cinema & Network Night” tədbirində bir araya gəldik.

Əvvəlcə iş dünyasındakı hadisələri və gözdən qaçan məqamları komediya janırında əks etdirən “Təcrübəçi” filmini izlədik. 60-dan çox sahibkarla bu filmi izləmək və davamında müzakirələr etmək tədbirə fərqli rəng qatdı.

Filmin ardınca tədbirin rəsmi hissəsinə keçid edildi. Şirkətimizin təsisçisi Tural Mustafayev açılış nitqi və salamlamadan sonra, Marsol şirkətinin gələcək layihələri haqqında məlumat verdi. Növbəti çıxış KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tərəfindən oldu. Fərhad bəy, bu tip tədbirlərin biznes əlaqələrinin daha da gücləndirilməsində faydalı olduğunu vurğuladı və iştirak edən hər kəsə fəaliyyətlərində uğurlar arzuladı. Növbəti çıxış üçün Mərkəzin rəhbəri Nərgiz Babayeva kürsüyə dəvət edildi. Nərgiz xanım Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bununla yanaşı Marsol şirkəti ilə əməkdaşlıq müddətində bir neçə Marsol partnyoru ilə də əməkdaşlığa başladıqlarını qeyd etdi.

Tədbir 2022-2023 Marsol sponsorlarının çıxışları ilə davam etdi. Sponsor olan şirkət rəhbərləri çıxış edərək fəaliyyətləri haqqında ətraflı məlumat verdi, birlikdə sponsor şirkətlərin tanıtımını əks etdirən videoçarxları izlədik.

Tədbirin Coffe Break hissəsində isə iştirakçılar arasında tanışlıqlar və B2B görüşlər baş tutdu. Ən sonda isə Bakı Gənclər Mərkəzində gəzinti edərək mərkəzlə daha yaxından tanış olduq.

Tədbirin təşkil olunmasında göstərdikləri dəstəyə görə partnyorumuz KFC, Pizza Hut və Simit Sarayı kimi markaların rəsmi nümayəndəsi GFC-Global Food Company şirkətinə və Bakı Gənclər Mərkəzinə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!