29 noyabr tarixində 2008-ci ildən etibarən Azərbaycanda istehlakçılara xidmət göstərən, məhsul qruplarına yataq otağı, yemək otağı, divan dəstləri, çarpayı, mətbəx mebeli, mətbəx stol-stulları və aksesuarları daxil olan “DOĞTAŞ” şirkətində partnyorlarımızla bir araya gəldik. Görüşdə şirkətin rəhbəri Yusuf Kartal “DOĞTAŞ”ın məhsulları haqqında məlumat verdi və şourumda sahibkarları məhsullarla əyani şəkildə tanış etdi. Bununla yanaşı, sahibkarlar mebel...Ətraflı
Marsol Group partnyorları kovrolit, süni qazon, pvc, ayaqaltı pas-pas və bu kimi döşəmə məhsullarının satışını həyata keçirən “Kovrolin.az”da qonaq olub. Çay süfrəsi ətrafında tanışlıq zamanı sahibkarlar fəaliyyətlərini tanıdıb, “Kovrolin.az”ın təsisçisi və direktoru Vahid Hüseynov fəaliyyəti dövründə yerinə yetirilən bir sıra dövlət və özəl layihələri, eləcə də məhsulları haqqında məlumat verib. Həmçinin, iştirakçılar “Kovrolin.az” məhsulları ilə...Ətraflı
Marsol Group partnyorları 19 dekabr tarixində “LeDiOr Luxury Travel” şirkətini ziyarət edib. Ofis ziyarətində partnyorlarla birgə şirkətin fəaliyyət göstərdiyi turizm sektoru haqqında müzakirələr aparılıb, şirkətin təsisçisi Leyla Dibirova sahibkarlara turizm fəaliyyətləri və sektorda 18 illik təcrübəsi haqqında məlumat verib, əlavə olaraq qadın geyim mağazası “LeDiOr Boutique”i tanıdıb. Nəzərinizə çatdıraq ki, Hər il minlərlə turistin xaricə...Ətraflı
Dekabrın 17-si dünyaca məşhur “Dayun” elektrik avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan “Şərq Motors”un ofisini ziyarət etdik. Marsol Group partnyorları ilə birgə tanışlıq zamanı yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yarandı, “Şərq Motors”un fəaliyyət istiqamətləri çərçivəsində müzakirələr apardıq. Bununla yanaşı, “Şərq Motors”un ümumi fəaliyyət istiqamətləri haqqında şirkətin təsisçisi Müşviq Quliyev, idxal olunan “Dayun” markalı ekoloji təmiz...Ətraflı
Marsol Group-un sosial tərəfdaşı olan “Birgə və Sağlam” İctimai Birliyinin yeni fəaliyyətə başlamış “Kashalata” kafesində sahibkarlar dekabrın 17-si bir araya gəlib. Görüşdə iştirakçılar üçün çay süfrəsi təşkil olunub, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova partnyorlarımızı xüsusi qayğıya ehtiyac duyan autizmli uşaqlar və böyüklər üçün təşkil olunan xüsusi təhsil və tədris metodları haqqında məlumatlandırıb....Ətraflı
14 dekabr tarixində “Baku Marriott Hotel Boulevard”da “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçirilir. Sənaye təhlükəsizliyi çərçivəsində iş yerlərindəki insidentlərin qarşısının alınması, təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin karbon izinin azaldılması mövzularının müzakirə olunduğu...Ətraflı
Marsol Group partnyorları ilə dekabrın 13-ü müxtəlif növ pərdə, jalüz, və yataq örtüklərinin satışını həyata keçirən “Elegant Pərdə”nin qonağı olduq. Şourumda partnyorlar arasında tanışlıq zamanı ənənəvi olaraq hər kəs fəaliyyətlərini tanıtdı, öz sahələrində təcrübələrini bölüşdü. Həmçinin, “Elegant Pərdə”nin fəaliyyətləri haqqında şirkətin rəhbəri Yaşar Əmiraslanov məlumat verdi. Təqdimat zamanı ev və iş yerləri üçün estetik pərdələr...Ətraflı
Dekabrın 12-də tibbi və estetik avadanlıqların satışı, servisi və təlimi ilə məşğul olan partnyorumuz “Mesa Group”un ofisini ziyarət etdik. Görüşdə Marsol Group partnyorları arasında tanışlıq oldu, “Mesa Group”un fəaliyyətləri haqqında fikir mübadiləsi aparıldı. Daha sonra şirkətin rəhbəri Məftun Xəlilov klinika, hospital, SPA mərkəzləri üçün avadanlıq təchizatı, servis xidməti və təşkil olunan professional seminarlar haqqında partnyorlarımızı...Ətraflı
Marsol Group partnyorları ilə birlikdə dekabrın 12-si şirkətlərə yüksək texnologiyalı maliyyə alətlərini təmin edən “United Payment”in ofisini ziyarət etdik. Partnyorlar arasında baş tutan tanışlığın ardından “United Payment”in həmtəsisçisi və direktoru Edqar Abdullayev öz təqdimatında şirkətin fəaliyyətləri haqqında məlumat verdi. Görüşün davamında partnyorlarımızın maliyyə alətləri ilə bağlı müzakirələri oldu, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yarandı....Ətraflı
Ölkəmizdə fəaliyyət göstərən ən böyük tekstil fabriklərindən biri, Marsol Group partnyoru “Esen Tekstil” fabrikini ziyarət etdik. Dekabrın 4-ü Marsol Group partnyorları ilə ofis ziyarəti çərçivəsində sahibkarlar arasında tanışlıqlar oldu, yeni əlaqələrin qurulmasına imkan yarandı. Görüş çərçivəsində həmçinin, şirkətin rəhbəri Rəşid Xəlilov “Esen Tekstil”in fəaliyyət istiqamətləri, müştərilərin müxtəlif ehtiyaclarına cavab verən yüksək keyfiyyətli geyimlər və uniformların...Ətraflı