Marsol Region partnyorları Şəki şəhərində fəaliyyət göstərən “Bio Garden” aqroekoturizm məkanında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.İyunun 8-i baş tutan görüşdə ilk olaraq “Bio Garden”in rəhbəri Etibar Nuriyev Şəki şəhərində davamlı kənd təsərrüfatının və turizmin inkişafına töhfə verən məkanın fəaliyyətləri ilə partnyorları tanış edib. Daha sonra iştirakçılar arasında əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələr aparılıb, 6-cı...Ətraflı
İyunun 4-ü ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Özsüt” restoranında xanım sahibkarların da iştirakı ilə 30-a yaxın Marsol Group partnyoru bir araya gəlib. Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.Görüş çərçivəsində, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar da...Ətraflı
Mayın 31-i məişət texnikası sahəsində fəaliyyət göstərən “Sahara Electronics”in yeni filialının açılış mərasimində Marsol Group partnyorları ilə birlikdə iştirak etdik.Tədbir çərçivəsində Abşeron Tikinti Materialları Mərkəzində fəaliyyətə başlamış “Sahara Electronics”in rəhbəri Rəşad Əliyev öz çıxışında iştirakçılara təşəkkürünü bildirib, şirkətin fəaliyyətləri və təklif olunan məhsullar haqqında məlumat verib. Daha sonra Abşeron Tikinti Materialları Mərkəzinin İdarə Heyətinin sədri...Ətraflı
Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) ilə Marsol Group və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (ASTA) arasında görüş keçirilib. Görüşdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, ASTA-nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə, Agentliyin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları iştirak edib.Tural Əhmədov...Ətraflı
29 may 2025-ci il tarixində İqtisadiyyat Nazirliyinin inzibati binasında İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Marsol Group-un birgə təşkilatçılığı ilə “Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda tədbir keçirilib.Tədbirdə İCMA İdarə Heyətinin sədri, Marsol Group-un təsisçisi Tural Mustafayev, Dövlət Vergi Xidməti Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov...Ətraflı
Mayın 29-u Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə Şəki şəhərində “Yeni Abituriyent Təhsil Mərkəzi” ziyarət olunub.Görüşdə mərkəzin təsisçisi Şöyüf Səfərov başlıca fəaliyyət dairəsi Abituriyent hazırlığı olan kursun fəaliyyətləri haqqında məlumat verib, iştirakçılar üçün ekskursiya təşkil olunub.Qeyd edək ki, 17 ildir fəaliyyət göstərən təhsil mərkəzi fəaliyyət dairəsini genişləndirərək ətraf bölgələrdə də üzərinə götürdüyü...Ətraflı
Mayın 29-da Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorlarının iştirakı ilə “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”nin Masallı filialı ziyarət olunub.Görüşdə mərkəzin icraçı direktoru Rövşən Tahir müxtəlif tibbi xidmətlər, bioloji təbabət metodları və ən son tibbi texnologiyalar haqqında iştirakçıları məlumatlandırıb, ekskursiya təşkil olunub.Daha sonra sahibkarlarla birgə çay süfrəsi ətrafında tanışlıq olub. Dövlət qurumlarından Kiçik və...Ətraflı
Mayın 27-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.“Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, Marsol Group partnyorları da olmaqla müvafiq sahədə fəaliyyət göstərən...Ətraflı
Mayın 27-si 2024-2025-ci il üzrə Marsol Group sponsoru “ERZ Ofis Mebelləri”ndə ofis ziyarətimiz baş tutub.Çay süfrəsi ətrafında öz biznes təcrübələrini bölüşən iştirakçılar həmçinin “ERZ Ofis Mebelləri”nin fəaliyyətləri və məhsulları haqqında fikir mübadiləsi aparıblar. Şirkətin həmtəsisçiləri Elçin Rüstəmov və Rəşad Babayev təqdimat çərçivəsində, “ERZ Ofis Mebelləri”nin məhsullarını tanıdıb, layihələri haqqında məlumat verib.Daha sonra şourumda şirkətin məhsulları...Ətraflı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Marsol Group arasında memorandum imzalanıb.Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev və Marsol Group-un təsisçisi Tural Mustafayev imzalayıb.Memorandumun imzalanması mərasimində ötən il ərzində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.Həmçinin, sosial müdafiəyə xüsusi...Ətraflı