“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində fevralın 25-i 40-a yaxın xanım sahibkarın iştirakı ilə “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub.Görüş zamanı səmimi mühitdə iştirakçılar arasında tanışlıqlar və B2B müzakirələr aparılıb, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev layihə haqqında ətraflı məlumat verib.Azərbaycan Respublikasının Milli Məclisinin deputatı...Ətraflı
Fevralın 25-i Marsol Group partnyorları “Özsüt” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib.Ənənəvi olaraq iştirakçılar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar baş tutub.Bununla yanaşı, görüşdə Kiçik və Orta Biznesin...Ətraflı
“Maliyyə hesabatlarının təhlili və risklərin idarə edilməsi” təlimi yekunlaşıb!Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan 12 saatlıq təlimdə iqtisadçı, maliyyə məsələləri üzrə ekspert Elman Sadıqovun təqdim etdiyi məlumatlara əsasən iştirakçılar maliyyə hesabatlarının düzgün təhlili, risklərin effektiv idarəetmə metodları və strateji qərarların qəbulunda maliyyə məlumatlarından səmərəli istifadə yollarını öyrəniblər.Yekunda bütün iştirakçılara təlimdə fəal iştirak...Ətraflı
Fevralın 22-si Marsol Group partnyoru “IVY HUB” Tədris Mərkəzinin açılışı baş tutub.İnnovativ metodlarla əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsində rol oynayan “IVY HUB” Tədris Mərkəzinin açılışında Marsol Group partnyorları da iştirak edib.Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edərək öz çıxışında mərkəzin gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.Açılışda...Ətraflı
Marsol Group partnyorları fevralın 21-i “LeDiOr Luxury Travel” şirkətini ziyarət edib.Ofis ziyarəti çərçivəsində iştirakçılar şirkətin fəaliyyət göstərdiyi turizm sektoru haqqında məlumat almaq imkanı əldə edib, şirkətin təsisçisi Leyla Dibirova Oruczadə sahibkarlara turizm fəaliyyətləri və sektordakı təcrübəsi haqqında məlumat verib. Həmçinin, qadın geyim mağazası “LeDiOr Boutique”i tanıdıb.Nəzərinizə çatdıraq ki, hər il minlərlə turistin xaricə səfərini təşkil...Ətraflı
19-21 fevral tarixlərinin əhatə edən Lənkəran Biznes Turu yekunlaşıb.Turun son günü Bakıya qayıdışımızda Marsol Group partnyoru, Masallı şəhərində yerləşən “Bioloji Təbabət” klinikası ziyarət olunub. Klinikanın icraçı direktoru Qüdrət Yaqubov tərəfindən təqdim olunan məlumatlar əsasında iştirakçılarla müzakirələr aparılıb.Son olaraq Bakıda yerləşən “Saloni” mebel şirkəti ziyarət olunub. Şirkətin rəhbəri Elməddin Nuriyevin təqdimatı ilə modern üslublu, estetik və...Ətraflı
20 fevral tarixində Lənkəran səfərimiz çərçivəsində həm faydalı təlimlər, həm də sosial fəaliyyətlərlə iştirakçılar üçün maraqlı və dolğun bir gün təşkil olunub.Günün birinci yarısı “Rodoos Training & Consulting” şirkətinin rəhbəri Rafət Şirəliyev tərəfindən “Sosial satınalmaların biznesimizdə rolu” mövzusunda təlim keçirilib. Təlim zamanı sosial satınalmaların biznesə təsiri, bu sahədə tətbiq olunan strategiyalar və effektiv yanaşmalar haqqında...Ətraflı
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində 20 fevral tarixində “EN Group”a daxil olan “Chocoport” şokalad restoranı və “Soel Parfum” ziyarət olunub.Görüş zamanı ənənəvi olaraq çay süfrəsi ətrafında müzakirələr aparılıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb.Davamında şokolad həvəskarları üçün özünəməxsus ləzzət təcrübələri yaradan bir restoran kimi fəaliyyət göstərən, müxtəlif şokoladlı desertlər, isti içkilər və ekskluziv...Ətraflı
“Biznes Tur” çərçivəsində Marsol Group partnyorları ilə 19 fevral tarixində Lənkəran şəhərinə səfərimiz baş tutub.19-21 fevral tarixlərini əhatə edən Lənkəran səfərinin ilk günü Lənkəranda fəaliyyət göstərən Marsol Region partnyorlarının, KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyevin də iştirakı ilə...Ətraflı
“Ofis Ziyarəti” çərçivəsində fevralın 19-u Marsol Group partnyorları “Başkent”də qonaq olub.Görüş zamanı “Başkent” restoranlar şəbəkəsinin təsisçisi İlqar Mədinəyev fəaliyyətləri, inkişaf mərhələləri, hazırkı filialları və gələcək planları haqqında məlumat verib. Bununla yanaşı, iştirakçılarla Marsol Group-un gələcək fəaliyyətləri haqqında müzakirələr aparılıb.Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Başkent” restoranlar şəbəkəsi milli, türk və Avropa mətbəxindən dadlı təamlar,...Ətraflı