Cahan Holding istehsalat ziyarəti (Naxçıvan) – 03.12.2025

Marsol Group partnyorları Naxçıvanda istehsalat müəssisələrini ziyarət edib.

Naxçıvan səfəri çərçivəsində keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunun ardınca Marsol Group partnyorları və nümayəndə heyəti forum iştirakçıları ilə birgə Cahan Holdingin istehsalat müəssisələrini ziyarət edib.

Ziyarət çərçivəsində ilk öncə “Cahan Sənaye Kompleksi”ndə “Magna” brendi altında alüminium radiatorlar, PVC profillər, boru sistemləri və digər tikinti-istilik sistemləri istehsal olunan müəssisə ziyarət olunub. Daha sonra ENNA içkilərinin istehsal olunduğu zavodun fəaliyyəti ilə tanışlıq olub. Sahibkarlar üçün təşkil edilən ekskursiya zamanı müəssisələrin istehsal prosesi, məhsul xətti və sənaye potensialı haqqında məlumat təqdim edilib.

Bu ziyarət regionun sənaye imkanlarının yerində qiymətləndirilməsi, istehsalat mühitinin tanıdılması və sahibkarlar arasında yeni əməkdaşlıq perspektivlərinin formalaşdırılması baxımından əhəmiyyətli olub.

Marsol Group olaraq, biznes icmasını bir araya gətirən və regional iqtisadi əlaqələrin inkişafını dəstəkləyən bu cür təşəbbüsləri davam etdirəcəyik.

This will close in 0 seconds