Cənub zonasında fəaliyyət göstərən sahibkarlarla görüşümüz baş tutdu.

11 iyun tarixində Lənkəran səfərimiz zamanı, “KOBİA”nın təşkilatçılığı ilə cənub bölgəsində fəaliyyət göstərən sahibkarlarla “MARICEL” hoteldə görüşümüz baş tutdu. Görüşdə Lənkəran KOB dostu Sabir bəy və cənub zonası üzrə koordinator Aqil bəy də iştirak etmişdir. Görüş zamanı partnyorlarımızla cənub zonasında fəaliyyət göstərən sahibkarların qarşılıqlı tanışlıqları baş tutmuş və öz biznesləri haqqında məlumat vermişdir. Daha sonra hotelin rəhbəri Samir bəy bizi hoteli gəzdirərək ətraflı məlumat verdi.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.