Business Breakfast “MARSOL Business Club” – 30.06.2021

Bugün partnyorlarımızın iştirakı ilə “MARSOL Business Club”da növbəti görüşümüzü təşkil etdik. Ofisimizdə keçirilmiş görüşdə partnyorlarımız bir-birləri ilə yaxından tanış olub, şirkətləri haqqında ətraflı məlumat veriblər. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatoru Vüsal bəy KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb. Bununla yanaşı gömrüklə bağlı mövzuya da toxunulub. Sonda isə “Agsaray Residence”in təqdimatı ilə görüşümüz yekunlaşmışdır.

Görüş iştirakçılarına təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

KOBIA
AĞ Saray MTK
BSC Group
Şəms Aydınlatma
Mesa Group
Gens Elketrik
Marsol MMC