Business Breakfast “MARSOL Business Club” – 26.05.2021

Bugün partnyorlarımızın iştirakı ilə “MARSOL Business Club”da görüş təşkil edilib. Ofisimizdə keçirilmiş görüşdə partnyorlarımız bir-birləri ilə yaxından tanış olub, şirkətləri haqqında ətraflı məlumat veriblər. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatoru Vüsal Qasımov KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, yeni dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

Görüş iştirakçılarına təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

Qeyd edək ki, davamlı olaraq təşkil olunacaq biznes görüşlərdə KOBİA-nın nümayəndələri vaxtaşırı iştirak edərək sahibkarları maraqlandıran sualları cavbalandıracaqdır.

İştirak edən şirkətlər:

KOBİA

Globus Travel

Banu Bağça

Crispa

Green Wood

DePromo

Kapital Bank

Megavision International