Business Breakfast “MARSOL Business Club” – 23.06.2021

Bugün “MARSOL Business Club”da partnyorlarımızın iştirakı ilə növbəti “Business Breakfast” görüşümüz baş tutdu. Görüşdə iştirak edən şirkət rəhbərləri öz biznesləri haqqında məlumat vermiş və yaxından tanış olmuşdur. Daha sonra, “Arbitro” şirkətinin rəhbəri Nəcəf bəy hüquq mövzusunda ətraflı məlumat vermiş və partnyorlarımızın mövzu ilə bağlı suallarını cavablandırmışdır. Bununla yanaşı görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Analitika və Koordinasiya departamentinin müdiri Nicat bəy və KOB Dostu departamenti “Bakı KOB dostu” Həmid bəy iştirak etmiş və “KOBİA”nın fəaliyyəti haqqında sahibkarları məlumatlandırmışdır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Enerji-N
EFC Terrarium
Azani
Saloni
ART Jalüz
Arbitro
KOBİA
Tech Master
Nİ Group