Business Breakfast “MARSOL Business Club” – 16.06.2021

Bugün partnyorlarımızın iştirakı ilə “MARSOL Business Club”da növbəti görüşümüzü təşkil etdik. Partnyorumuz “Agsaray Residence”in təqdimatı ilə baş tutan görüşdə, iştirak edən şirkət rəhbərləri də öz biznesləri haqqında məlumat vermiş və yaxından tanış olmuşdur. Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Analitika və Koordinasiya departamentinin müdiri Nicat bəy “KOBİA”nın fəaliyyətindən danışdı və sahibkarların suallarını cavablandırdı. Daha sonra “Kapital Bank”ın Kiçik və Orta Sahibkarla İş Üzrə departamentinin direktoru Nəsimi bəy bankın fəaliyyəti və sahibkarlara təqdim etdikləri xidmətlər haqqında məlumat vermişdir. Görüş iştirakçılarına təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Socialab
Ağ Saray Residence
Kapital Bank
Marsol MMC
KOBİA
Azplasttech
Fire Universal
Ser Consulting
Moon Group