Business Breakfast – MARSOL Business Club

Bugün “MARSOL Business Club”da partnyorlarımızın iştirakı ilə növbəti “Business Breakfast” görüşümüzü təşkil etdik. Ofisimizdə qonaq olan partnyorlarımıza klubun mahiyyəti və klub daxili xidmətlər haqqında məlumat verdik. Daha sonra, partnyorlarımızın biznes əlaqələrinin güclənməsi üçün bir-birləri ilə yaxından tanışlıqları baş tutdu və şirkətləri haqqında ətraflı məlumat verdilər. Bununla yanaşı biznesə dair bir sıra məsələlərə toxunuldu. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

İştirak edən şirkətlər:

PM Akademiya
Mineral Su
Marsol MMC
Foto Xalça
Mineral Su ( Qonaq )
Şhams Group
Atmosfer Restoranı
Natura İnşaat
Əhmədoğlu İnşaat