9 iyun “DineHall” restoranında 40-a yaxın Marsol partnyorlarının iştirakı ilə “Business Breakfast” görüşü keçirildi. Partnyorluğa yeni qoşulan şirkətlər və həmçinin qonaqlarımız arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz fəaliyyət istiqamətləri haqqında məlumat verdi.
“Business Breakfast” görüşündə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakı və xüsusi zonalar üzrə koordinatorluğun KOB Dostu Fariz bəy də iştirak etdi, partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.
Görüşlərdə partnyorlarımızın maarifləndirilməsi məqsədi ilə təlim xarakterli təqdimatlar təşkil olunur. Növbəti təqdimat, açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən “Azərbaycan Dövlət Reklam Agentliyi”nin əməkdaşı Elçin bəyin təqdimatında “Reklamda dil” mövzusunda oldu. Elçin bəy reklam sahəsində dil normalarında uyğunsuzluq, texniki şərtlərin ödənilməməsi və məzmun uyğunsuzluğu haqqında partnyorlarımızı maarifləndirdi.
Daha sonra “Texno Gallery” şirkətinin rəhbəri Murad bəy idxal etdiyi məhsullar haqqında məlumat verib, showroomdan görüntüləri və bununla yanaşı “Partners & Business Bakı 2022” Yerli şirkətlərin tanıtım sərgisində yer aldığı stendlərin görüntülərini təqdim edib.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
Sofistiko
Texno Gallery
ADRA
Caspian Tekstil
Saloni Mebel
İnes
Silo Construction
Emlak az
GST Company
Express Broker
Arsenal Group
Fenstar
Ecomedi
Flitstook
G Company
Armaad Group
Eko Life
Vibrostone
Express Print
İndikator Avto
Logix
Tatoğlu Az Beton
KYS
AAC
Hasarlı İnşaat
Allplast
BF Group
Billur MS MMC
LV Shiping
Demiragac
Smart Enerji
Profsolitions
Consept Catering
Akpiping
Helind