Bu gün partnyorumuz olan 70-ə yaxın xanım sahibkarın iştirakı ilə 2022-ci ilin son “Business Breakfast” görüşü baş tudu.
Görüş MARSOL şirkətinin “Xanım Sahibkarlarla iş şöbəsi”nin rəhbəri Aysel Əmirovanın açılış nitqi ilə başlayıb. Aysel xanım qonaqları salamlayıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə hər kəsi təbrik edib.
Görüşdə sahibkarlarla yanaşı əməkdaşlıq etdiyimiz bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak edib. Tanışlıqlarla davam edən görüşdə yeni biznes əlaqələr qurulub və mövcud əlaqələr daha da möhkəmlənib. Tədbirdə iştirak edən Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Dövlət Reklam Agentliyi, Antiinhisar, İqtisad Universiteti UNEC, AQSİA, Sahibkar Qadınlar İctimai Birliyi və s. dövlət qurumlarının nümayəndələri çıxış edərək fəaliyyətləri haqqında ətraflı məlumat verib və sahibkarları maarifləndiriblər.
Ən sonda iştirak edən xanım sahibkarlar və qonaqlarla birgə xatirə şəkli çəkilib.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik!